Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » REA və AMEA-nın Coğrafiya İnstitutları əməkdaşlıq edəcəklər
14.09.10 19:33

Bu gün Vladiqafkaz şəhərində, Şimali-Qafqaz Dağ-Metallurgiya İnstitutunda “Qlobal dəyişikliklər şəraitində dağ ərazilərinin davamlı inkişafı” VII Beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir YUNESKO-nun dəstəyi ilə keçirilir. Tədbirdə təşkilat komitəsinə daxil olmuş Rusiya, Azərbaycan, Qırğızıstan, Ermənistan və Abxaziyanın Elmlər Akademiyalarının alimləri iştirak edir. Konfransın toplusuna müxtəlif ölkələrin alimləri və mütəxəssislərinin 400-dən çox elmi məruzələri və məqalələri daxil olub.Konfrans zamanı Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Ermənistan Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu və Abxaziya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılıb. Konfrans çərçivəsində dörd elmi-praktiki Dəyirmi masa keçiriləcək ki, burada qış və yay dağ turizminin inkişafı və effektivliyinin artırılması məsələləri müzakirə ediləcək. Konfrans sentyabrın 16-da öz işini yekunlaşdıracaq.
URL / WWW
http://kelam.az/article/a-1991.html