Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Komitə rəsmisi: “BDU-nun yataqxanasında məskunlaşan qaçqınların köçürülməsi barədə məlumatımız yoxdur”
04.11.09 02:40

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında məskunlaşan qaçqınların harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departament direktoru Sənan Hüseynov bildirib. S.Hüseynov qeyd edib ki, qaçqınların harasa köçürülməsi ölkə prezidentinin Sərancamı və təsdiq etdiyi müvafiq Dövlət Proqramı əsasında həyata keçirilir. “Prezident tərəfindən təsdiq olunan müvafiq proqrama əsasən yeni tikilən binalara fin, məktəb, hərbi hissə, yol kənarı və digər bu kimi yerlərdə məskunlaşan qaçqın və məcburi köçkünlər köçürülür”,-deyən S.Hüseynov bildirib ki, həmin proqrama əsasən BDU-nun yataqxansında yaşayan qaçqınların harasa kösürülməsi nəzərdə tutulmayıb. “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması birbaşa ölkə rəhbərinin təsdiq etdiyi Dövlət Proqramı və müvafiq Sərancamlarla reallaşır. Komitə tərəfinlən həyata keçirilən işlər də bu istiqamətdə aparılır. O ki, qaldı BDU-nun yataqxanasında məskunlaşan qaçqınların köçürülüb-köçürülməməsi məsələsinə, yaxud bu haqda danışıqların aparılıb-aparılmamasına, deyə bilərəm ki, bizim bu barədə xəbərimiz yoxdur. Bəlkə də gələcəkdə bu istiqamətdə hansısa işlər görülsün. Ancaq hələlik bu barədə heç bir məlumatımız yoxdur”,-deyə S.Hüseynov sözügedən məsələyə aydınlıq gətirib. Xatırladaq ki, bir neçə gün öncə BDU-nun rektoru Abel Məhərrəmov jurnalistələrə açıqlamasında bildirib ki, qaçqınların BDU-nun yataxanasından köçürülməsi ilə bağlı danışıqlar gedir.
URL / WWW
http://kelam.az/article/a-199.html