Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azər Həsrət DSK-dan imza vərəqələrini alıb
14.09.10 19:33

Parlament seçkilərinə 34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş Azər Həsrət Dairə Seçki Komissiyasından imza vərəqlərini alıb. A.Həsrətin seçki qərargahından KƏLAMİNFO-ya verilən məlumata görə, artıq A.Həsrətin Beynəlxalq Bankın Nizami Filialında hesabı da açılıb. Seçki qərargahından bildiriblər ki, imza toplama kampaniyasına bu gündən başlamağı nəzərdə tutan A.Həsrətin komandası ən qısa zamanda bu prosesi başa vuraraq sənədləri DSK-ya təqdim etməyi planlaşdırır. 450 keçərli imza tələb olunduğu halda 500 imza toplamağı nəzərdə tutan qərargah üzvləri dairənin hər tərəfini əhatə etməyə çalışacaq.A.Həsrətin seçki qərargahı isə tam tərkibdə sentyabrın 13-ü səhərdən fəaliyyətə başlayıb. Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, R. Əskərin başçılığında fəaliyyət göstərən qərargah 33 əsas və 7 əlavə üzv olmaqla 40 nəfərlik tərkibdən ibarətdir. Qərargah üzvləri sırasında tanınmış media təmsilçiləri, ictimai xadimlər, incəsənət adamları, ətraf mühit və heyvan haqları qoruyucuları, insan haqları fəalları, gənclər və idman təşkilatlarının nümayəndələri var.
URL / WWW
http://kelam.az/article/a-1989.html