Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kim necə səs verə bilər?
14.09.10 19:33

Parlament seçkiləri yaxınlaşdıqca seçicilər səsvermək üçün hansı sənədlər lazımdır sualına cavab axtarırlar. Mərkəzi Seçki Komissiyasından (MSK) KƏLAMİNFO-ya bildiriblər ki, 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı seçkidə iştirak edə bilər. Səsvermə günü ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi və ya müvəqqəti şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər. Qaçqın və məcburi köçkünlərin şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə, həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi və hərbi biletdən istifadə edə bilərlər. Məhbuslar isə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar sözügedən qurum tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənədlə səsvermə prosesində iştirak edə bilərlər.Eləcə də, Azərbaycan vətəndaşı olmayan, lakin Azərbaycan ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər. Qeyd olunan sənədlərdən başqa, digər sənədlərin istifadəsi yolverilməzdir.
URL / WWW
http://kelam.az/article/a-1988.html