Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP namizədlərin siyahısını yaxın günlərdə açıqlayacaq
15.09.10 02:33

Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirakı ilə bağlı qərarını və namizədlərin sayını elan edəcək. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev KƏLAMİNFO-ya bildirib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlıq prosesinə cari ilin fevral ayından başlayıb. “Partiyanın bütün strukturları parlament seçkiləri ilə əlaqədar təlimatlandırılıb. Partiyanın rayon təşkilatlarında bu barədə bir neçə seminarlar keçirilib və artıq seçki qərargahları fəaliyyətə başlayıb. Seçkilərə hazırlıqla əlaqədar partiya daxili müxtəlif sosioloji sorğular da keçirilib və YAP hər bir dairə üzrə öz namizədini irəli sürəcək”,-deyə H.Paşayev əlavə edib. Hüseyn Paşayev həmçinin bildirib ki, YAP MSK-ya namizədlərin siyahısı haqqında heç bir sənəd təqdim etməyib.
URL / WWW
http://kelam.az/article/a-1987.html