Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan-Qazaxıstan arasında Ekspert Şurası yaradılacaq
14.09.10 19:33

Bu gün Bakıda, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində ölkəmizdə səfərdə olan Qazaxıstanın Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Bulat Sultanov səfərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, B.Sultanov əsasən Azərbaycan-Qazaxıstan arasında olan ikitərəfli əməkdaşlığın inkişafından danışıb.Onun sözlərinə görə, artıq hər iki ölkənin strateji araşdırma mərkəzləri ikitərəfli əməkdaşlığın müzakirəsi üzrə Ekspert Şurasının yaradılması haqqında razılığa gəliblər. “Şura, təxminən, ildə bir dəfə – növbə ilə Almatı və Bakıda toplaşacaq. Şuranın nümayəndələri terrorizmlə mübarizə, narkotrafik və digər konkret məsələlər üzrə iki ölkənin hökumətləri üçün təkliflər işləyib-hazırlayacaq”,-deyə B.Sultanov vurğulayıb. O, xatırladıb ki, Azərbaycan-Qazaxıstan ekspertlərinin ilk görüşü iki il əvvəl Almatıda baş tutub. “Növbəti dəfə Bakıya hazırkı səfərimdə bu reallaşdı. Qazaxıstan tərəfinin təklifi ilə üçüncü görüş gələn ilin yazında və ya payızında Almatıda keçiriləcək. Ekspert Şurası üç tematik qrupa bölünəcək. Onların hər biri hərbi-texniki, iqtisadi, ekoloji və humanitar məsələlərin müzakirəsi ilə məşğul olacaq”,-deyə direktor əlavə edib. B.Sultanovun sözlərinə görə, Qazaxıstan SAM-ın devizi – qabaqcadan görmək və əvvəlcədən xəbərdar etmək və bununla da hökumətə kömək göstərməkdir. “Ekspert Şurası da bu prinsiplə işləyə bilər. Əslində bunun yaradılmasında da məqsəd budur”,-deyə o bildirib. Qeyd edək ki, Qazaxıstan SAM-ın direktoru Azərbaycan Prezidenti yanında SAM-ın dəvəti ilə Azərbaycanda səfərdədir.
URL / WWW
http://kelam.az/article/a-1986.html