Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Ordunu və Qarabağı Azərbaycana bax belə verirlər”
15.09.10 02:33

Ermənistan ordusunda baş verən məlum “dedovşina” faktı ilə bağlı müxalifətin lideri, sabiq prezident Levon Ter-Petrosyan xüsusi bəyanat yayıb. Bəyanatda belə faktlarla erməni ordusunun məhv olduğu və Qarabağın əldən gedəcəyi bildirilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bəyanatın sonunda Ermənistan prezidenti Serj Sarkisyana ittihamlar da ünvanlanıb. Məlum videoçəkilişdə erməni zabitinin 2 əsgəri necə döydüyü, təhqir etdiyi açıq-aşkar görünür. L.T.Petrosyan hesab edir ki, son görüntülər Ermənistan ordusundakı vəziyyəti açıq-aydın nümayiş etdirir. “Qurşağadək lüt olan, vəhşiyə oxşar yekə qarınlı zabit 2 əsgəri növbə ilə özünə tərəf çağırır, növbə ilə onları vurur, qulaqlarını dartır və sair. Hətta faşizmin vəhşiliyi, filmlərdə nümayiş olunan ən şişirdilmiş epizodlar da bununla müqayisə oluna bilməz. Bunları görərkən dərhal ordudakı, xüsusilə son zamanlar baş verən qanlı insidentlərin səbəbini anlayırsan. Belə təhqirlərə məruz qalan istənilən insan, xüsusilə 18-19 yaşlı gənc intihar edə, həmçinin qarşısındakını öldürə və düşmən tərəfə keçə bilər.Bu insanlar lazım gələcəyi təqdirdə düşmənlə mübarizə aparmayacaqlar. Ordunu və Qarabağı Azərbaycana bax belə verirlər”,-deyə erməni müxalifət lideri bəyan edib. Müxalifət Ermənistan hökumətindən ən qısa vaxtda baş verənləri araşdırmağı, günahkarları cəzalandırmağı tələb edir. Əks təqdirdə S.Sarkisyan başda olmaqla, bütünlükdə ordu rəhbərliyi bu cinayəti törədənlərlə ortaq elan olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1984.html