Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ən peşəkar rabitəçi yarış-müsabiqə keçirilir
14.09.10 19:33

Rabitəçilər arasında “ən peşəkar” adı uğrunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə yarış-müsabiqə keçirilir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin məqsədi ən peşəkar əməkdaşların müəyyən olunması, onların həvəsləndirilməsi, eləcə də gənclər arasında rabitəçi peşəsinə marağın artırılmasıdır. İki hissədən (nəzəri və praktiki) ibarət müsabiqədə paytaxtın 6 rabitə qovşağı və Kabel qovşağının mütəxəssisləri iştirak edir. Qaliblər BTRİB-də yaradılan Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir. Qeyd edək ki, bu gün elan olunacaq qaliblər ümumrespublika yarışında iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1983.html