Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA Təhsil Nazirliyinin təklifini gözləyir
15.09.10 02:33

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı Təhsil Nazirliyinin verəcəyi təklifləri gözləyir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə AMEA prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov qeyd edib ki, Təhsil Nazirliyinin təkliflərini AMEA-ya yaxın günlərdə təqdim edəcəyi gözlənilir. “Doktorantura ilə bağlı biz bütün təşkilatların təkliflərinin araşdırılmasını yekunlaşdırmışıq. Hansı elmi və ya ali təhsil müəssisəsində doktoranturanın iki və ya bir pilləsinin, eləcə də hansı ixtisaslar üzrə olması təklifləri artıq hazırlanıb. Bununla bağlı yalnız Təhsil Nazirliyinin təkliflərini gözləyirik. Onlar da söz veriblər ki, təklifləri bu günlərdə təqdim edəcəklər”,-deyən M.Kərimov alimlərin attestasiyasının keçirilməsi məsələsinə də münasibət bildirib və qeyd edib ki, hələlik bununla bağlı heç bir iş görülmür.
URL / WWW
http://kelam.az/article/a-1982.html