Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Sumqayıtda Ü.Hacıbəyovun abidəsinin açılışı olacaq
15.09.10 02:04

Sumqayıt şəhəri Üzeyr Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin qurraşdırılması işi başa çatıb. Sentyabrın 15-də abidənin açılışı olacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, abidə kompleksinin inşa edildiyi xiyabanın eni ā€“ 23 metr, ərazinin uzunluğuā€“61 metr təşkil edir. 1340 kv/metrlik abadlaşdırılan sahənin təxminən 740 kv/metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb. Xatırladaq ki, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 m, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 m yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
URL / WWW
http://kelam.az/article/a-1980.html