Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda konfrans keçiriləcək
13.09.10 20:44

Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. A.Qəribov bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzə dinləniləcək. Onun sözlərinə görə, ənənəvi olaraq hər il İnstitut tərəfindən təşkil olunan konfransda işgüzar müzakirələr aparılacaq. A.Qəribov konfransa dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislərin də dəvət olunacaqlarını söyləyib. Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1979.html