Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BAMM sədri: “Seçkiqabağı informasiya mübadiləsi güclüdür”
13.09.10 20:44

Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycanda mətbuatın seçkiqabağı informasiya mübadiləsi xeyli dərəcədə güclüdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. O, qeyd edib ki, seçki qabağı müxtəlif qəzetlərdə şərhlərin verilməsi, debatların təşkili və bütün bunların əvvəlki illərdən daha aktiv olması buna sübutdur. “Bununla yanaşı, mətbuatda jurnalist etikasına uyğun gəlməyən qeyri-obyektiv hallarda da rast gəlinir. Mən burada daha çox bir məqamı göstəmək istəyirəm. Hələ seçkiyə müəyyən müddət var. Birdə görürsənki bəzi mətbuat orqanları hərəsi müxtəlif dairənin namizədi olacaq şəxslərin adından çıxışlar edərək onlar arasında yersiz mübahisələr yaradır. Yəni, seçkilər kimi aktiv siyasi prosesdə, mətbuat onun inkişafını sürətləndirəcək fəaliyyəti kənara qoyub neqativ hallarla məşğul olmağa çalışır. Nəzərə alsaq ki, son illərdə mətbuatın inkişafına dövlət dəstəyi də güclənib, artıq KİV öz fəaliyyətinə nəzər salmalıdırlar. Xüsusilə də qarşıdan gələn parlament seçkiləri onların ictimaiyyət arasında sağlam yer tutması üçün əsl şansdır. Mətbuat həmişə siyasi proseslərdə özünə əsl yer tuta bilir. Çox istərdik ki, Milli mətbuatımız bunu vaxtında anlamış olsun. Unutmaq lazım deyil ki, seçki nəinki cəmiyyətin, konkret olaraq mətbuatın da fəallaşmasına təkan verən prosesdir. Bundan obyektiv surətdə yararlanmaq lzımdır”,-deyə BAMM sədri bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-1977.html