Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qarabağ İctimai Forumunun toplantısı keçirilib
13.09.10 20:44

Qarabağ İctimai Forumunun (QİF) rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun rəhbərliyi ilə qurumun növbəti toplantısı keçirilib. BAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun ilkin nəticələri təhlil olunub. Yekunlaşmaq üzrə olan sorğu ölkəmizdə fəaliyyət göstərən QHT-lər, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlər və ayrı-ayrı vətəndaşlar arasında aparılıb. Sorğunun ilkin nəticələrinin təhlili göstərib ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyəti bu istiqamətdə fəaliyyət göstərən qurumların sırasında Heydər Əliyev Fondu, Dünya Azərbaycanlıları Konqresi, Qarabağ Azadlıq Təşkilatı və bir sıra qurumların, o cümlədən ayrı-ayrı nüfuzlu ziyalıların adlarını çəkiblər. Sorğunun statistik nəticələrinin ayın sonuna kimi hazırlanması və geniş ictimaiyyətə təqdim olunması qərara alınıb. Toplantıda QİF-in də fəaliyyəti müzakirə olunub. Forumun yarım illik fəaliyyət planına əlavə təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qarabağ probleminin həlli ilə bağlı ölkə əhalisinin fikir və təkliflərini dinləmək məqsədilə “Qarabağ dinləmələri” adlı ictimai görüşün, Sabir Rüstəmxanlının Qarabağın tarixindən bəhs edən yeni kitabının təqdimatının keçirilməsi və Quzanlı kəndində “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı fotosərginin nümayişinin təşkili də yarım illik fəaliyyət planına daxil edilib. QİF-in fəaliyyət planında yer alan “Xankəndi” televiziya verilişinin proqramı ətrafında da fikir mübadiləsi aparılıb və onun qısa bir zamanda ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1976.html