Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkənin 8 bələdiyyəsində layihə həyata keçiriləcək
13.09.10 20:44

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə “Cənubi Qafqazda Yerli Özünü İdarəetməyə Dəstək” proqramı çərçivəsində imzalanmış qrant müqaviləsi əsasında “Azərbaycanın Qərb bölgəsi və Gürcüstanla sərhəd ərazilərdə bələdiyyələrin xidmət göstərmə imkanları və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi” adlı layihənin icrasına başlayıb. “Yerli İdarəetməyə Yardım” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, layihənin fəaliyyət müddəti 12 aydır. Layihə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından seçiləcək 8 bələdiyyədə həyata keçiriləcək. Layihənin məqsədi – Azərbaycanın Qərb regionunda bələdiyyələrin kənd təsərrüfatı sahəsində xidmət göstərmək bacarıqlarını inkişaf etdirməklə onların vətəndaşlara göstərdiyi xidmətlərin səmərəliyinin və bu işdə məsuliyyətlərinin gücləndirilməsi və yerli iqtisadi inkişafı təşviq etmək, Bələdiyyələrin təşkilati və maliyyə idarəçilik bacarıqlarını gücləndirməklə bələdiyyələrin davamlı yerli iqtisadi inkişafın planlaşdırılması və idarəedilməsi imkanlarının artırılması, bələdiyyələri öz vətəndaşlarına yerli iqtisadi inkişafı təşviq edən kənd təsərrüfatı və biznes xidmətləri ilə təmin etmək imkanlarının artırılması, vətəndaşların məlumatlılıq səviyyəsinin artırılması ilə bələdiyyə-vətəndaş əməkdaşlığının inkişaf etdirilməsidir.
URL / WWW
http://kelam.az/article/a-1975.html