Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gürcüstanda yaşayan 20 azərbaycanlı Şimali Kiprdə təhsil alacaq
13.09.10 20:44

Azərbaycanın Diasporla İş üzrə Komitəsinin (DİDK) Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universiteti ilə bağladığı müqaviləyə əsasən, həmin təhsil ocağında Gürcüstanda təhsil alan azərbaycanlı gənclər üçün müxtəlif ixtisaslar üzrə yerlər ayrılıb. Bununla əlaqədar Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) DİDK-nin nümayyəndəsi Füzuli Nəcəfovun iştirakı ilə abitüriyentlərin seçimi olub. AMM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, seçim xüsusi komissiya tərəfindən sorğu-sual şəkilində baş tutub. Komissiyanın üzvləri F.Nəcəfov, AMM sədri Fazil Həsənov, təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev, gürcü dili müəllimi Xatirə Əmiraslanova abitürientlərə ümumi suallar verərək onların valideyinləri ilə də söhbətlər aparıblar. Seçimdə əsas üstünlük Gürcüstanın ümumi test nəticəsində gürcü və ingilis dilindən yüksək bal toplayanlara verilib. Beləliklə, 20 nəfər gənc seçimdə uğur qazanıb. Gənclər qəbul olduqları universitetdə təhsil almaq üçün sentyabrın 15-i təyyarə ilə Şimali Kiprə yola düşəcəklər. Qeyd edək ki, təhsil haqqı və yataqxana xərcləri DİDK-nin Şimali Kipr Yaxın Doğu Universitetilə bağladığı müqaviləyə əsasən ödənişsiz həyata keçiriləcək. Xatırladaq ki, Yaxın Doğu Universiteti 1988-ci ildə yaradılıb. Burada dünyanın 55 ölkəsindən tələbə təhsil alır.
URL / WWW
http://kelam.az/article/a-1974.html