Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » A.Həsrət: “BBQ-nın hesabatlarının necə hazırlandığını gözəl bilirik”
13.09.10 20:44

Son zamanlar ictimaiyyət arasında ən çox müzakirə olunan mövzu Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycanla bağlı açıqlamaları idi. Hakimiyyət bu qərarın qərəzli olduğunu və buna qarşı etiraz bildirərkən, müxalifət isə qərarın ədalətli olduğunu bildirdi. Beynəlxalq insan haqları, jurnalist qurumları sahəsində uzun müddət işləyən Azər Həsrət KƏLAMİNFO-ya bu cür hesabatların necə hazırlandığını çox gözəl bildiyini bildirib. A.Həsrət qeyd edib ki, 1992-ci ildə Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatının illik tədbirində iştirak edərkən tanış olduğum şəxslər arasında ABŞ-da yerləşən Azadlıq Evi (Freedom House) təşkilatının təmsilçisi xanım Karin Karlekar da var idi. “K,Karinə, Azadlıq Evinin hesabatlarında Azərbaycana münasibətdə ədalətsizlik edildiyini bildirdim. Bu, onu təəccübləndirdi. İzah etdim ki, davamlı olaraq Azərbaycanı azad olmayan ölkələr siyahısına salmaq doğru deyil. Hər il istisnasız olaraq Azərbaycan Ermənistan kimi azad olmayan ölkələr siyahısında göstərilir. Halbuki mənim ölkəmdə medianın, ifadə azadlığının vəziyyəti Ermənistandan bir neçə dəfə yaxşıdır. Belə olan halda bu iki ölkənin eyni cür (tam mənfi) dəyərləndirilməsi yanlışdır. Misallar da çəkirəm: Ermənistanda jurnalistin maşınına qumbara atılması, başqa bir jurnalistin maşınının yandırılması, jurnalistlərin parlamentdə güllə-baran edilməsi, KİV nümayəndələrinin döyülməsi və tez-tez həbsə atılması halları varkən Azərbaycanda bunlar yoxdurvə ya epizodik xarakterlidir. Müstəqillik dövründə Dağlıq Qarabağda öldürülən jurnalistləri çıxmaq şərtilə KİV təmsilçilərinin öldürülməsi halları olmayıb. Belə olan halda hər iki ölkəyə eyni qiyməti vermək doğru deyil. 2003-cü ildə Azadlıq Evinin 2002-ci il üçün dünya ölkələrində azadlığın vəziyyətini göstərən hesabatı açıqlandı. Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycan ilk dəfə olaraq yarım azad ölkələr sırasında yer aldı”,-deyə A.Həsrət vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1972.html