Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “AB-nin Cənubi Qafqazla bağlı siyasətində çatışmazlıqlar var”
13.09.10 20:44

Baş verən son proseslər göstərir ki, Avropa Birliyinin (Aİ) Cənubi Qafqaza marağı azalır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin polşalı üzvü Tomaş Poreba açıqlama verib. O, qeyd edib ki, AB “Nabukko” layihəsi və Şərqi Tərəfdaşlıq Proqramının inkişaf etdirilməsi istiqamətində öhdəlik və səylərini azaldıb. “Eyni zamanda, Brüssel bilavasitə AB-nin vasitəçiliyi ilə Rusiya ilə Gürcüstan arasında əldə olunmuş anlaşmanın Rusiya tərəfindən yerinə yetirilməsinə can atmır. Bu o deməkdir ki, Brüssel üçün Rusiya ilə iqtisadi maraqlar Birliyin regionda güdməli olduğu strateji məqsədlərdən daha vacibdir. Birliyə üzv olan ölkələrin “Şimal axını” və “Cənub axını” kimi layihələrə cəlb olunması faktı da onların strategiyaya yox, iqtisadi maraqlara əsaslandıqlarına işarədir. Təəssüf ki, AB-nin siyasət təsəvvürlərində çatışmazlıq var. İndiyə qədər Pribaltika ölkələri də daxil olmaqla bir qrup ölkə vardı ki, diqqətlərini Cənubi Qafqaz məsələlərinə yönəldirdilər. Bu yanaşma Polşa prezidenti L,Kaçinskinin ölümündən sonra dəyişib”,-deyə T.Poreba vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1971.html