Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azər Həsrət seçki qərargahının üzvlərini elan etdi
14.09.10 02:42

Parlament seçkilərində namizədliyi 34 saylı Xətai II seçki dairəsindən irəli sürülmüş Azər Həsrətin seçki qərargahı əsas və əlavə heyətinin tam tərkibi müəyyən edilib. A. Həsrətin KƏLAMİNFO-ya verdiyi məlumata görə, seçki dairəsində 33 seçki məntəqəsinin olduğunu nəzərə alaraq 33 əsas və 7 əlavə üzvdən ibarət seçki qərargahının tərkibi artıq fəaliyyətə başlayıb. Qərargahın ilkin məqsədi imza toplama kampaniyasını ən qısa zamanda həyata keçirmək, ardından da digər texniki məsələlərin həllini təmin etməkdir. Sonrakı mərhələdə qərargah üzvləri səlahiyyətli nümayəndə, vəkillər və müşahidəçiləri müəyyən edəcək. Təşviqat kampaniyası dövründə isə qərargahın bütün üzvləri səfərbər edilərək ən uyğun seçki kampaniyasını həyata keçirəcək. Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Ramiz Əskər seçki qərargahının rəhbəri təyin edilib. Təbliğat üçün tədbiq ediləcək plan haqqında yalnız oktyabrın 15-dən sonra məlumat veriləcək.
URL / WWW
http://kelam.az/article/a-1970.html