Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Parisdə Işçi Qrupun növbəti iclası keçirilir
13.09.10 20:42

Bu gün Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Növbəti günlərdə isə forumla bağlı YUNESKO katibliyi, Fransa rəsmilərilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin YUNESKO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqlar aparılacaq. Qeyd edək ki, 2011-ci ilin aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Məkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.
URL / WWW
http://kelam.az/article/a-1969.html