Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident M.Saakaşvili Azərbaycana rəsmi səfərə gəlir
14.09.10 02:42

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfər edəcək. KƏLAMİNFO Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu gün onun azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü nəzərdə tutulur. Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, sabah M.Saakaşvili Bakıda baş tutacaq enerji sammitində iştirak edəcək. Bu gün həmçinin Gürcüstan, Azərbaycan və Rumıniyanın energetika nazirlərinin görüşü keçiriləcək. Tərəflər Azərbaycan-Gürcüstan-Rumıniya birgə enerji layihəsini (AGRI) müzakirə edəcəklər.Qeyd edək ki, layihə Azərbaycan qazını boru vasitəsi ilə Gürcüstanın Qara dəniz sahillərinə daşınmasını, oradan isə qazın xüsusi terminallarda sıxılaraq Qara dənizdən tankerlərlə Rumıniyanın Konstansa limanına, sonradan isə Avropanın digər ölkələrinə daşınmasını nəzərdə tutur. Layihə əsasında Gürcüstanda qazın durulaşması, Rumıniyada isə yenidən qazlaşdırılması üzrə terminalların tikintisi planlaşdırılıb. Xatırladaq ki, AGRI layihəsi üzrə Memorandum cari il aprelin 13-də Buxarestdə imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-1968.html