Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
09.09.10 03:56

BMT Baş Assambleyasında gündəliyə daxil edilmiş “GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq təhlükəsizlik, sülh və inkişafa təsiri” bəndi üzrə müzakirələr keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyanın (Gürcüstan) Sxinvali rayonundan olan qaçqın və məcburi köçkünlərin durumu” adlı qətnamə qəbul edilib. Qətnamədə Gürcüstanda münaqişələr nəticəsində demoqrafik durumun zorla dəyişdirilməsindən narahatlıq ifadə olunur. Baş Assambleya etnik mənsubiyyətindən asılı olmayaraq qaçqın və məcburi köçkünlərin və onların nəsillərinin Gürcüstan ərazisindəki, o cümlədən Abxaziya və Cənubi Osetiyadakı evlərinə qayıtmaq hüququnu tanıyıb. Qətnamədə Gürcüstandakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunmasının vacibliyi vurğulanır. Bu qətnaməni 50 dövlət dəstəkləyib, 17 dövlət sənədin əleyhinə çıxıb, 86 ölkə bitərəf qalıb.
URL / WWW
http://kelam.az/article/a-1963.html