Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
09.09.10 03:56

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) cəbhə bölgəsinə səfər ediblər. KƏLAMİNFO xəbər verir ki, bu gün səhər Bərdə rayonuna gələn diplomatlar rayon İcra Hakimiyyətində görüş keçirdikdən sonra Tərtərə yollanacaqlar. Onlar Tərtər rayon İcra Hakimiyyətində də görüş keçirdikdən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqi izləyəcəklər. Monitorinq zamanı onların təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır. Qeyd edək ki, həmsədrlər sentyabrın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb, “Azərbaycan Respublikasının Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Onların bu gün Xankəndində, sabah isə İrəvanda görüşləri nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-1961.html