Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
08.09.10 17:56

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov sentyabrın 12-dən 15-dək Bakıda səfərdə olacaq. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 13-ü B.Sultanov Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcək. Həmin gün o, SAM-da təşkil olunacaq “Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr” mövzusunda Dəyirmi masada əsas məruzəçi qismində iştirak edəcək. SAM-ın və XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək, münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1960.html