Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
09.09.10 03:56

Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı, həmçinin “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı keçiriləcək. Konfransa təqdim edilən məruzələr Ağsuda aparılan arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemninin öyrənilməsi, Azərbaycan-Avropa əlaqələri, Ağsuda sikkə zərbi və pul tədavülü, daş məmulatı və daşişləmə sənəti, Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında və başqa mövzuları əhatə edir. Qeyd edək ki, Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfransın təşkilatçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.
URL / WWW
http://kelam.az/article/a-1959.html