Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir
08.09.10 17:56

Müqəddəs Ramazan bayramı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri yeni rabitə obyektlərini əhalinin istifadəsinə verir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Astara rayonu Səncərədi kəndində, İmişli rayonu Aranlı və Məzrəli kəndlərində, Göyçayın Qaraxıdır kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib.Bundan əlavə İsmayıllı rayonu Gülyan kəndində, Ağstafa rayonu Köçəsğər kəndində 512/60 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılıb, Ağstafa rayonu Düzqışlaq və Eynallı kəndində 256/30, Sadıxlı kəndində isə 128/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılıb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Yasamal rayonu Əfsanə MTK yaşayış sahəsinin ərazisində 1872 nömrə tutumlu NGN tipli ATS, Nizami rayonu Neapol 2 yaşayış massivi ərazisində 3072 nömrə tutumlu nömrə tutumlu NGN tipli ATS, Qaradağ rayonu ərazisində “Binə” ticarət mərkəzində 256 nömrə tutumlu ATS istifadəyə verilib, həmçinin Yasamal rayonu Dəlidağ yaşayış massivi ərazisində olan ATS-in tutumu 1876 nömrə artırılıb. “Azərpoçt” MMC Ramazan bayramına Şəki rayonu Şəkikənd və Aydınbulaq kəndlərində, Oğuz rayonu Bayan və Bucaq kəndlərində yeni poçt şöbələrinin binalarını açılışını planlaşdırır. Bayram münasibətilə Teleradio İstehsalat Birliyi tərəfindən də bir sıra tədbirlər görülüb. “İdman Azərbaycan” TV proqramının yayım keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Yalama RTYS-də 24-cü TVK-da, 500Vt gücündə Vigintos-Elektronika tipli, Xızı RTYS-də 24-cü TVK-da 100Vt gücündə Elektronika tipli verici quraşdırılıb istismara verilib.
URL / WWW
http://kelam.az/article/a-1958.html