Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MTN rəsmisi: “Kibercinayətkarlıq hallarının artması müşahidə olunur”
07.09.10 20:43

Son illər Azərbaycanda kibercinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda keçirilən seminarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Kərim Kərimov söyləyib. K.Kərimov bildirib ki, nəzarətdən kənar, qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyüter şəbəkələri vasitəsilə informasiyaların məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji təbliğatın aparılması, pozuculuq mahiyyətli məlumatların verilməsi, bank-maliyyə fırıldaqları, terror barədə bilərəkdən yalan məlumatların verilməsi halları da davam edir. O, bank-maliyyə fırıldaqları ilə üzləşən bəzi zərərçəkmiş şəxslərin bununla bağlı məlumat verməkdən çəkindiklərini də söyləyib və qeyd edib ki, bu da cinayətkarların daha da fəallaşmasına imkan yaradır.
URL / WWW
http://kelam.az/article/a-1954.html