Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » MTRŞ mədəniyyət kanalının açılması üçün müsabiqə elan edir
07.09.10 20:43

Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə elan edib. MTRŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqə “Televiziya və radio yayımı haqqında” AR qanununun 15-ci maddəsinin tələblərinə uyğun keçirilir. Qeyd edək ki, cari il avqustun 4-dən sentyabrın 4-dək elan edilmiş yuxarıda göstərilən müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilib. Müsabiqədə Azərbaycan vətəndaşı olmayan; nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər; ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş; fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər; siyasi partiyalar və dini qurumlar iştirak edə bilməz. Xatırladaq ki, müsabiqə üçün tələb olunan sənədlər (7 nüsxədə) bu gündən etibarən oktyabrın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul edilir.
URL / WWW
http://kelam.az/article/a-1953.html