Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İ.Məmmədov: “Azərbaycanda internetin sürəti yüksək səviyyədədir”
08.09.10 02:43

Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnalogiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə müsahibəsində bildirb. Onun sözlərinə görə, Azərbaycanda internetin sürəti MBD ölkələri arasında əhalinin sayına görə ən yüksək səviyyədədir. İ.Məmmədov bildirib ki, hazırda respublikamıza gələn intenetin sürəti o qədər yüksəkdir ki, qonşu dövlətlərin də bir neçəsi bundan istifadə edir. İ.Məmmədov Azərbaycanda internetin sürətinin 10 GB-dan yuxarı olduğunu söyləyib. “Hazırda bunun 12-14 GB çatdırılması üçün iş aparılır. Bu sürət nəyinki ölkəmizdə əhalinin rahat internetdən istifadə etməsinə, hətta qonşu dövlətlərin də bundan yüksək səviyyədə yararlanmasına şərait yaradacaq”,-deyə nazir müavini əlavə edib. İ.Məmmədov sözlərinə görə, internetdən istifadə edən abunəçilərin internetin sürətində problemləri varsa bunun üçün ilk növbədə provayderlərlə və yaxud telfon operatoruna mürciət olunmalıdır. “Abunəçinin evinə gələn telefon xətdində problem varsa, onun istifadə etdiyi internetdə də problem yaranacaq. Bu cür olan halda heç bir abunəçi internetdən yüksək səviyyədə istifadə edə bilməz. Hazırda Bakıda 95% elektron ATS-lər və yeni nəsil texnalogiyalar qurraşdırılıb. Bu stansiyaların salınmasından 4 dəfə çox yeni nəsil telfon kabellərin dəyişilməsinə xərclər çıxır. Bu gün Bakıda və digər regionlarda telefon xətlərinin dəyişdirilməsi işləri aparılır”,-deyə nazir müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1952.html