Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Şəki-Zaqatalada turizmin inkişaf perspektivləri” adlı seminar keçirilib
07.09.10 20:43

İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Şəki nümayəndəliyində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Şəki şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Şəki Turizm və İnformasiya Mərkəzinin nümayəndələri, həmçinin Şəkidə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanması, yerləşdirilməsi, qidalanması, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib. Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalı, www.b2b.az portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Seminar çərçivəsində iştirakçılara metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
URL / WWW
http://kelam.az/article/a-1951.html