Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » MDU Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir
08.09.10 02:43

Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2010/2011-ci tədris ili üçün rus bölməsinə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Qəbul rus və roman- german filologiyası ixtisasları üzrə aparılır. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın cari ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-1950.html