Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hesabatın təqdimatını keçirib
03.11.09 22:35

ARTİCLE 19 beynəlxalq təşkilatı Azərbaycanla bağlı “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hesabatın təqdimatını keçirib. Bu gün Bakıda ARTİCLE 19 Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı “2005-ci ildə İnformasiya əldə etmək haqqında” qanun mövzusunda hazırladığı hesabatın təqdimatı ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, təşkilatın Avropa proqramları üzrə baş proqram rəhbəri, xanım Natali Leskot bir neçə ay ərzində aparılan araşdırma zamanı “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məqamların aşkarlandığını bildirib. Onun sözlərinə görə, müxtəlif orqanlara göndərilən informasiya sorğularına cavab heç də operativ verilmir, yaxud cavab verməkdən imtina olunur, cavab verəndə də qoyulan sualı məzmununa uyğun olmayan tərzdə cavablandırırlar. N.Leskot qeyd edib ki, bəzən eyni suala müxtəlif təşkilatlardan müxtəlif cavablar alınıb. N.Leskot vurğulayıb ki, İngiltərənin ARTİCLE 19 təşkilatı Azərbaycanda bilgi hüququnun təmin olunması haqqında geniş araşdırma aparıb. Tədqiqat zamanı “İnformasiya əldə etmək haqqında” qanun qəbul edildikdən sonra ölkədə informasiya əldə etmə barədə geniş hesabat hazırlayıb. N.Leskotun sözlərinə görə, hesabatın redaktəsini təşkilatın Hüquq Departamentinin rəhbəri, hüquq elmlər doktoru Barbara Bukovska həyata keçirib. Azərbaycanda isə bu işdə “Yeni Nəsil” Yurnalistlər Birliynin sədri Arif Əliyev və Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı yaxından iştirak ediblər. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə araşdırmanın əsasən 4 istiqamətdə aparıldığını və 2005-2008-ci illəri əhatə etdiyini söyləyib. Onun sözlərinə görə əsas məqsəd də onan ibarət olub ki, 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqinin nə yerdə olduğun öyrənilsin. A.Əliyev tədqiqatın Bakı, Gəncə və Sumqayıtda fokus qruplar arasında sorğular keçirilərək aparıldığını nəzərə çatdırıb. A.Əliyev bildirib ki, sorğuya jurnalistlər, müəllimlər, dövlət orqanlarının əməkdaşları, sıravi vətəndaşlar cəlb olunublar. Hesabat jurnal şəklində ictimaiyyətə təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-195.html