Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Geologiya İnstitutu Avstriya şirkətləri ilə yeni əlaqələr qurur
07.09.10 20:43

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın HOT Mühəndisi Tədqiqatlar və Təkmilləşdirmə şirkətində olub, neft-qaz, geofizika və qazma sahəsində peşəkarlığın artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. İnstitutun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev təmsil etdikləri elmi müəssisənin qeyd olunan sahələrdəki tədqiqatları və nailiyyətləri barədə məlumat veriblər. Şirkətin prezidenti Dyetard Kratzer öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib və Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətini bilidrib.Azərbaycanlı geoloqların Avstriyada əməkdaşlıq niyyətli növbəti görüşü OMV Tədqiqatlar və İstehsalat şirkətində olub. Burada da neft-qaz, geofizika və qazma sahələrindəki tədqiqatlar və təcrübələr barədə qarşılıqlı məlumatlar verilib. OMV-un alimləri Azərbaycanda tədqiqatlara başlamağın böyük həvəsində olduğunu bildiriblər. Hər iki neft şirkətinin əməkdaşlıq niyyəti ilə bu ilin sonunda Geologiya İnstitutuna səfəri planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-1949.html