Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan və Gürcüstan müştərək film istehsal edib
08.09.10 03:43

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstanın istehsalı olan “SAHƏ” bədii filmi (The Precinct) ərsəyə gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə etdiyi müəmmalı səyahətindən bəhs edir. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev,; filmin prodüseri Nəriman Məmmədovdur. Filmin Azərbaycanda premyerası payızda planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-1948.html