Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramazan bayramı “Cümə məscidi”ndə geniş qeyd olunacaq
06.09.10 20:27

Hər bir müsəlmanın sevinc və səbirsizliklə gözlədiyi Müqəddəs Ramazan bayramı İçəri şəhər “Cümə məscidi”ndə əvvəlki illərdən daha geniş və təmtəraqla keçirilir. Bununla əlaqədar İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bu bayrama məscidin icması tərəfindən xüsusi hazırlıq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail RİH-dən veriblər.
İçəri şəhər “Cümə məscidi”nin axundu Hacı Surxay Məmmədlinin sözlərinə görə, ilk dəfədir ki, Ramazanın bütün günlərində məsciddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunub. “İftar süfrələrinin keçirilməsi üçün imkanlı qardaşlarımızın köməyi, həmçinin “Cümə məscidi” dini icmasının üzvlərinin yaxınlan iştirakı ilə müvafiq tədarük görülüb, həmçinin imkansız, kasıb, xəstə, əlil qardaş və bacılarımızı, onların ailələrini sevindirmək məqsədilə onlara ərzaq payları paylanılıb”,-deyə məlumatda bildirilib.Sentyabrın 9-u-10-a təsadüf edən Ramazan bayramı günü məsciddə bayram namazı qılınacaq, mömin qardaş və bacılarımız üçün bayram süfrəsi təşkil olunacaq. Hacı Surxay Məmmədli hər bir imkansız ailənin evində bayram günü xörəyin bişirilməsinə yardımçı olmağı bütün imkanlı müsəlmanlar üçün savab və borc olduğunu bildirib, bütün Azərbaycan xalqının qarşıdan gələn Ramazan bayramını təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-1946.html