Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bilgə Cankorel parlamentə ümid edir
06.09.10 18:03

Ümid edirik ki, parlament seçkilərindən sonra Milli Məclis ölkədə media azadlığının inkişafına müsbət təsir edəcək “Diffamasiya haqqında” Qanunun müzakirəsinə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel söyləyib.
Səfir KİV-lə bağlı məsələlərin Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə mütəmadi müzakirə olunduğunu qeyd edib. Təmsil etdiyi qurumla Mətbuat Şurasının həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanan “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı şərh edən B.Cankorel  bildirib ki, yeni variant Azərbaycan mətbuatının inkişafına daha bir təkan vermiş olacaq. O,  ümid etdiyini bildirib ki, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” və bu standartlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək.
URL / WWW
http://kelam.az/article/a-1940.html