Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin görüşü keçiriləcək
06.09.10 18:03

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Gürcü mənbələrinə istinadən xəbər verir ki, prezidentlər Avropaya qaz tədarükünün birgə layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, prezidentlər İlham Əliyev-Mixail Saakaşvili-Trayan Beseskunun görüşü üçün nəzərdə tutulmuş bütün lazımi sənədləri razılaşdırmaq üçün bu gün Bakıda işçi qruplarının, sentyabrın 13-də isə üç ölkənin energetika nazirləri səviyyəsində görüşlər keçiriləcək.
Xatırladaq ki, mayeləşdirilmiş qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə Memorandum cari ilin aprel ayının 13-də Buxarestdə imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-1938.html