Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda mediaya həsr olunan konfrans keçirilib
06.09.10 18:03

Bu gün  Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfrans çərçivəsində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı təqdim olunub.
Əlavələr edilmiş sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib.Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel qeyd edib ki, ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləməsi işində mühüm vasitəyə çevrilib. Onun sözlərinə görə, bu qaydalar vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqillyini də qoruyub saxlayır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, yeni qaydalar jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev isə qeyd edib ki, ölkədə KİV-in əsas problemlərindən biri reklam bazarının olmamasıdır. Azərbaycan hökumətinin mətbuata diqqətindən bəhs edən V.Əliyev “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na da toxunub və bildirib ki, bundan əvvəl qəbul olunan  “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” öz effektini verməyib.
Qeyd edək ki, tədbirdə ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin müraciəti oxunub. Səhhətindəki problemə görə Azərbaycana səfəri təxirə salınan D. Miyatoviç ilin sonuna qədər Bakıya gələcəyini bildirib.
Konfransda həmçinin bolqarıstanlı media mütəxəsisi Oqnian Zlatev təmsil etdiyi ölkənin mövzu ilə bağlı təcrübəsini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1937.html