Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Kibernetika və informatika problemləri” konfransı başlayıb
06.09.10 18:03

Bu gün Bakı şəhərində “Kibernetika və informatika problemləri” (PCİ 2010) III Beynəlxalq konfransı öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov və Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Almaniya, İtaliya, İspaniya, Koreya, Polşa, Belarus, Ukrayna, Latviya, Yeni Zelandiya, Sinqapur, Qazaxıstan və Özbəkistandan olan 40-dan çox alim və mütəxəssis iştirak edirdi.Ə.Abbasov bu cür konfransların keçirilməsinin vacib olduğunu vurğulayaraq dünyanın hər yerində bu tədbirin kiçik də olsa öz təsirini göstərəcəyini bildirdi. Azərbaycanda elmin inkişafını qeyd edən nazir bu yaxınlarda Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun yarıdılmasının buna sübut olduğunu qeyd etdi. Ə.Abbasov Azərbaycan elminin qapılarının xaricə açıq olduğunu əlavə edərək birdirdi ki, bu cür konfransların keçirilməsi xarici investisiyanı Azərbaycana cəlb etməkdir.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək konfransın 10 plenar və 34 bölmə iclası keçiriləcək. Plenar iclaslarda müasir dünyada kibernetikanın inkişaf tendensiyaları və perspektivlərinə həsr olunmuş 24 məruzə oxunacaq. Bölmə iclaslarında isə informasiya və kommunikasiya texnologiyalarının nəzəri, eksperimental, texnoloji-istehsal və tədbiqi aspektləri, intellektual texnologiyalar və sistemlər, modelləşdirmə və identifikasiya, tədbiqi stoxastik analiz, idarəetmə və optimallaşdırma, sosial-iqtisadi sistemlərdə qərarların qəbul edilməsi, ədədi üsullar və hesablama texnologiyaları elmi istiqamətləri üzrə 150-yə yaxın məruzə dinləniləcək. Bu sahələrdə mövcud olan problemlər və onların həlli yolları müzakirə ediləcək, müxtəlif rəylər səsləndirilərək fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1936.html