Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “M.Brayzanın gecikdirilməsi ABŞ siyasi sisteminin məhsludur”
06.09.10 20:23

Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfir kimi təyinatının Konqresdə gecikidirilməsi bu ölkənin ənənvi siyasi sisteminin növbəti bariz nümunəsidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
Politoloqun fikirincə, Vaşinqtonun düşünülmüş siyasi sitemi imkan verir ki, lazım olan anda Konqresdə belə mübahisəli məsələlər olsun. “Bu Konqres tarixində müxtəlif məsələlərdə özünü göstərib. M.Brayzanın da Azərbaycana gəlişi məsələsi onlardan biridir. Üstəlik bu gecikməyə namizədin özünün vaxtila buraxdığı siyasi səhflər də səbəbdir. Başqa birisi olsa idi, bu qədər gecikməzdi. Eyni zamanda vaxtılə buraxdığı o səhflər erməni lobbisini indi M.Brayzanın ayağına maneə kimi dolaşdırıb. Lakin, mən hesab edirəm ki, istənilən halda ABŞ-dan kimi səfir təyin olunması heç nəyi dəyişməyəcək, yəni bizim üçün heç bir fərqi yoxdur. M.Brayzanın bu qədər şəxsi fonda şişirdilməsi ABŞ-ın oyunlarından biridir”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1935.html