Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda “ASAİF” İctimai Birliyi təsis edilib
06.09.10 18:00

Bakıda Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) İctimai Birliyinin təsis yığıncağı keçirilib. KƏLAMİNFO xəbər verir ki, təsis yığıncağında 15 ölkənin tələbə və məzunlarını təmsil edən 30 gənc iştirak edib. Təşkilatın təsis olunmasının təşəbbüskarı qismində 6 gənc çıxış ediblər. Elə ilk olaraq təsisçilər “ASAİF” İctimai Birliyinin yaranmasının aktuallığından danışıblar. Təsisçilər çıxış etdikdən sonra Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq iclasın sədri seçilib və mərhələli şəkildə iclasın katibliyi və say komissiyası üzvləri seçildikdən sonra təşkilatın nizamnaməsi təsdiq edilib. Daha sonra təşkilatın seçkili strukturlarına namizədlər qeydə alınıb və “ASAİF” İB Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) 3 nəfər, İdarə Heyətinə 17 nəfər, Məclis üzvlüyünə 21 nəfər seçilib. Qeyd edək ki, təsis yığıncağının sonunda “ASAİF” İctimai Birliyinin sədrinin seçkisi keçirilib. Orxan Əkbərov “ASAİF” İctimai Birliyinin sədri seçilib.
URL / WWW
http://kelam.az/article/a-1930.html