Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » P.Semnebi: “Avropa İttifaqı narahatdır”
07.09.10 02:00

Avropa İttifaqı cəbhə xəttində baş verən hadisələrdən narahatdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edib. P.Semnebi bildirib ki, son vaxtlar cəbhədə atəşkəsin tez-tez pozulması və baş verən digər insidentlər bizi narahat edir. “Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır. Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə bağlı məsələyə gəldikdə isə, mən detalları şərh etmək istəmirəm. Çünki bu ATƏT-in, bu məsələ ilə məşğul olan başqa humanitar təşkilatların işidir”,-deyə P.Semnebi vurğulayıb. Aİ rəsmisi qeyd edib ki, bu məsələlərlə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur. “ATƏT müşahidə missiyasını həyata keçirir, danışıqlar aparır. Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla məşğuldur. Əlbəttə ki, Avropa İttifaqı beynəlxalq hüquqlara və insan hüquqlarına riayət olunmasının tərəfdarıdır. Amma konkret olaraq bu məsələdə detallar həll olunmamış mən bu məsələyə şərh vermək istəmirəm. Mən Dağlıq Qarabağ məsələsini müzakirə etmək istəyirəm. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni araşdırmağa kömək edəcəklər və sülhməramlı fəaliyyəti irəli aparacaqlar”,-deyə diplomat əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1929.html