Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan parlament nümayəndə heyəti Londonda səfərdədir
06.09.10 18:00

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament Aparatının rəhbəri Səfa Mirzəyev Londonda səfərdədir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1927.html