Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Rusiyanın birinci xanımları göruşüb
04.09.10 15:52

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedeva ilə görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdən sonra prezidentlərin xanımları “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olublar.
Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşidləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər. Azərbaycanın və Rusiyanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxıblar, boyama, toxuma prosesini maraqla izləyiblər, xalçaçı qızlarla səmimi söhbət ediblər. Xanım Svetlana Medvedeva xalçaçı qızların köməyi ilə original kompozisiyalı xalçaya bir neçə ilmə də vurdu və bunun çox çətin, incə peşə olduğunu söyləyib.
Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzulayıblar.
Rusiyanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyadıb.
“Azərbaycan xalçası qalereyası”nda nümayiş olunan “Azərbaycanın tarixi xalçaçılıq məktəbləri” ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun edib. S.Medvedeva qalereyanın Xatirə kitabına ürək sözlərini yazıb.
Qonağa xatirə hədiyyəsi təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-1923.html