Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub
05.09.10 02:52

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Rusiya prezidentinə raport verib.
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
URL / WWW
http://kelam.az/article/a-1922.html