Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AQUPDK Bərdədə regional görüş keçirib
05.09.10 01:52

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bərdədə “XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Bərdə, Ağdam, Tərtər və Yevlax rayonlarının fəal qadınları iştirak ediblər.

Tədbirdə çıxış edən  Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev tədbirin əhəmiyyətindən, ölkəmizdə ailənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, məişət zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova təməli ümummilli liderz Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin uğurla davam etdirdiyi qadın siyasətindən, ölkədə qadın zorakılığına qarşı aparılan tədbirlərdən, qadın zorakılığına qarşı Milli Məclisdə qəbul olunan qətnamə və qərarlardan, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıb.
Görüşdə çıxış edənlər cəmiyyətdə qadının rolu, qadınların fəallığı, Azərbaycanda ailə modelinin təbliği, adət ənənələrin qorunub saxlanılması və digər məsələləri müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-1921.html