Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Maddi və mənəvi təmizlik
03.11.09 21:01

Allah insanı təmiz bir fitrətdə yaratmış və həyatının sonuna qədər təmiz qalmağın yolunu ona göstərib.

Maddi təmizlik bədənimizə aid bəzi qisimlərin təmizlik və baxımı ilə yanaşı, paltar, corab və ayaqqabıların təmizliyini də əhatə edir. Təmizliyi əhəmiyyətli olan bədən hissələri bunlardır: əllər, ayaqlar, dırnaqlar, ağız və dişlər, gözlər, burun və qulaqlar, saç-saqqal və övrət yerləri. Həzrət Peyğəmbər (s.ə.s) heç olmasa, həftədə bir dəfə bədənin tamamilə yuyulmasını və hər gün çirk, qoxudan təmizlənməsini tövsiyə etmiş və: «Hər müsəlmanın üzərində yeddi gündə bir yuyunmaq, Allahın haqqıdır», - buyurmuşdur. Su ilə təmasın bədənin elektrik yükünü tarazlaşdırdığı, gündəlik gərginlikləri azaltdığı, fərahlıq və gümrahlıq verdiyi, dəri sağlamlığını yaxşılaşdırdığı tibb elmi tərəfindən müəyyən edilmişdir. Həddindən artıq isti su ilə təmas və çox kisələnmə dəri sağlamlığına zərərdir.

Əl və üz təmizliyi
Çirkli səthlərə toxunan əllərin yuyulmadıqları müddətdə bir mikrob yuvasına çevrilə bilər. Yeməkdən əvvəl və sonra, körpə və xəstə qulluğundan əvvəl və sonra, diş, ağız, üz və göz təmizliyi etmədən əvvəl, tualet ehtiyacının dəf edilməsindən əvvəl və sonra, evə və işə gəldikdən sonra əllər yuyulmalıdır. İslam dinində əl təmizliyinə böyük əhəmiyyət verilmişdir. Əfəndimiz (s.ə.s): «Əllərində ət və yağ qoxusu olduğu halda yatan bir kimsə xəstəliyə mübtəla və heyvanlar və həşəratdan bir zərərə düçar olarsa, özündən başqasını qınamasın»; «Yeməyin bərəkəti yeməkdən əvvəl əlləri və ağzı yumaqdır»; «Yuxudan oyandığınız vaxt əllərinizi 3 dəfə yumadıqca bir qabın içinə salmayın. Çünki əllərinizin harada gecələmiş olduğunu bilə bilməzsiniz», - buyurmuşdur. Üzün yuyulması başağrılarının azalmasına, gümrahlığa, sağlam və gözəl görünüşə müsbət təsir edir. Üzlə birlikdə boynun yuyulması beyni qidalandıran damarların canlanması baxımından çox faydalıdır.

Ağız, dil və diş təmizliyi

Ağız və diş sağlamlığının qorunmasında ən ucuz metod diş fırçasıdır. Dişlər yeməklərdən dərhal sonra yox, ağız turşululuğunun normal hala gəlməsindən sonra (yeməkdən 1,5 saat sonra) fırçalanmalı və çox az diş pastası istifadə edilməlidir. Fırça 3 aydanbir dəyişdirilməlidr. Dişlərdə çürük olmasa belə, 6 aydanbir dişlərin müayinə etdirilməsi gərəkdir. Şəkərli və karbohidratlı qidaların yeyilməsindən sonra ağzın su ilə çalxalanması diş çürüklərinin meydana gəlməsini azaldır. Mikrobların toplandığı yerlərdən biri də dil olduğundan onun da təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Əfəndimiz (s.ə.s) gündə 5-10 dəfə misvaqdan istifadə edərdi. Misvaq xoş qoxulu, əraq adlı meyvəsiz ağacın budaqlarından kəsilən bir növ diş fırçasıdır.

Göz, burun və qulaq təmizliyi

Gözlərin yuyulması göz damarlarına gümrahlıq verir, göz iltihablarına meyli azaldır, çirki təmizləyir, mikrobları uzaqlaşdırır və görmə itiliyini artırır. Burun təmizliyi isə havanın ağciyərlərə daha təmiz daxil olmasına müsbət təsir göstərir. Həmçinin nəfəs almağı asanlaşdırır, havaisidici sistemin daha nizamlı və təsirli işinə kömək edir. İslamiyyət təmizlik dini olduğu qədər də nəzakət dinidir. Ona görə də burun təmizliyinin səssizcə, çox gurultulu səslər çıxarmadan, yollara, hər kəsin görəcəyi yerlərə fınxırmadan edilməsinə diqqət yetirilməlidir. Qulaq təmizliyində qulaq arxasının təmizliyi unudulmamalı, qulaq içinə hər hansı cism soxulmamalıdır. Xarici qulaq yolunun zədələnməsi təhlükəli iltihablara səbəb ola bilər.

Ayaq və dırnaq təmizliyi

Ayaqların hər gün yuyulması və yaxşıca qurulanması, xüsusilə barmaq aralarının, lazımdır. Əks halda, nəmli mühit göbələk infeksiyalarının inkişafına səbəb olar. Barmaq aralarının quru qala bilməsi üçün ayaqqabı sıxmamalı, corablar pambıq parçadan olmalıdır. Corabların təmiz olması və gündəlik dəyişdirilməsi lazımdır. Ayaqqabının təmizliyi də çox əhəmiyyətlidir.
Dırnaqların vaxtaşırı kəsilməsi, çimərkən dırnaq fırçası ilə təmizlənməsi lazımdır. Dırnaqları yemək adəti sağlamlığa zərərli bir vərdişdir. Əl dırnaqları qısa və dairəvi, dırnaq batmasının qarşısını almaq üçünsə ayaq dırnaqları düz şəkildə kəsilməlidir. Peyğəmbərimiz (s.ə.s): «Ey Əli, uzanan dırnaqlarını kəs! Çünki zərərli şeylər uzanan dırnaqlar içinə yığılar», - buyurmuşdur.

Qoltuq altı, qasıq təmizliyi və sünnət olma

Tüklü dəridə tər vəziləri nisbətən çoxdur. Bu səbəbdən tərləmə və ondan əmələ gələn qoxu çox narahatedicidir. Qoltuq altındakı və ədəb yerlərindəki tüklərin 10-15 gündə bir dəfə təmizlənməsi lazımdır. Bu, bütün peyğəmbərlərin şəriətlərində mövcud olan bir təmizlikdir.
Sünnət olmaq müsəlmanlığın əlamətlərindən biridir. Sünnətin vaxtı doğumdan sonra yeddinci gündən etibarən həddi-büluğa çatana qədərdir. Ən yaxşısı, uşağı sünnətolmanın şüuruna çatdığı vaxt sünnət etməkdir. Sünnət olma, insanı zərərli olan yağlı ifrazatdan qoruyur, mikrobların inkişaf edib çoxalması üçün uyğun mühit olan sünnət dərisinin kəsilməsi onların çoxalmasının qarşısını alır.
URL / WWW
http://kelam.az/article/a-192.html