Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistan ordusunda 17 insident baş verib
04.09.10 15:52

Yaxın müddət ərzində Ermənistan ordusunda 17 insident baş verib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, kütləvi ölümlə nəticələnən bu insidentin dördü barədə ictimaiyyətin  məlumatı olub. “Orduda baş verən hadisələr vacib bir məsələnin üstünü açdı: nəinki mətbuatın bir qismi, hətta Q.Mirzoyanın rəhbərlik etdiyi “Əsgər anaları” təşkilatı da müdafiə naziri Seyran Ohanyana bağlı imiş. Amma təəccüblüsü odur ki, erməni terror təşkilatı olan ASALA-nın Ermənistanda olan üzvlərinin də S.Sərgisyanın cibinə bağlı olmasının üstü açıldı. ASALA üzvləri Ermənistan ordusundakı vəziyyətə baxmayaraq,  S.Ohanyanı “mədəni insan” hesab edirdilər. S.Ohanyan orduda baş verən hadisələrə görə bir sıra zabitləri cəzalandırdı. Əksər ekspertlər orduda yaranan vəziyyəti cəmiyyətdə baş verənlərin davamı hesab edirlər. “Daşnaqsütyun” partiyasının  fikrincə, ordudakı ab-havanı nizamnamə deyil, “blatnoy” (oğru) qaydaları müəyyən edir”,-deyə M.Əhmədoğlu əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1919.html