Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Şou-biznesdə vəziyyət istədiyimiz səviyyədə deyil”
04.09.10 15:46

Son illərin dillər əzbəri olan “şou-biznes” mədəniyyətinin Azərbaycanda formalaşması məsələsi ölkə gündəmini yenə də zəbt etməkdədir. Bir çoxları bunun üçün müvafiq qanunun qəbuluna da ehtiyac olduğunu düşünür. KƏLAMİNFO-nun bu məsələ ilə bağlı suallarına Milli Məclisin Mədəniyyət Komitəsinin  sədri,  filologiya elmləri doktoru, professor Nizami Cəfərov cavab verir: 

- Bu məsələni xeyli müzakirə etmişik. Azərbaycan şou-biznesində xeyli qanun-qayda yaradılıb. Ancaq təbii ki, bu, bizim istədiyimiz səviyyədə deyil. Yenə də peşəkarlığın yüksəldilməsinə ehtiyac var. Müəyyən verigidən yayınma məsələləri var ki, o da qaydaya düşməlidir. Bizim televiziyalarımız, xüsusilə şou-verilişləri hazırlayanda bu sahənin mütəxəssisləri, böyük sənət adamları ilə məsləhətləşməlidirlər. Ən azındadan, televiziyalarda bu sahələrə nəzarət edən komissiya olmalıdır. Yəni, bunlar hələlik yoxdur. Amma bununla yanaşı, təkamül də hiss olunur.

- Nizami müəllim, fonoqram oxumaqla bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac varmı?

- Fonoqram oxumağın qarşısını almaq üçün müəyyən işlər görülür. Deyək ki, dövlət konsertlərində fonoqramdan istifadə olunmur. Artıq xeyli vaxtır ki, bu, qadağan olunub. Eyni zamanda fonoqramın işlədilməsi lazım olan müəyyən yerlər var. Bu, xeyli dərəcədə mürəkkəb bir texniki prosesdir. Məsələn, müəyyən kliplərin hazırlanması, fonoqramların yazılması. Bunlar elə bir texniki prosesdir ki, bunu hər dəfə canlı oxumaq da olmur. İstər-istəməz bu da olur. Ancaq hər şeyin öz yeri var. Həddindən artıq bayağı olmamalıdır. Məsələn, görürsən ki, yaşlı bir müğənni cavan yaşında yazdırdığı fonoqramı qoyub. Axı, indi əvvəlki səs yoxdur. Bu da istər-istəməz tamaşaçılar, dinləyicilərdə müəyyən narazılıq yaradır. Səhər proqramları mümkün qədər çalışmaq lazımdır ki, fonoqramsız olsun. Amma deyək ki, səhər proqramına birdən üç müğənni dəvət olunur. Onun biri estrada, biri xalq mahnısı, o bir isə digər janrda oxuyur. Onda gərək bu ansambılların hamısı dəvət olunsun. Bu da texniki baxımdan mümkün olmur. Ona görə də texniki məsələlər var və bunlar da nəzərə alınmalıdır. Amma görürsən ki, tamaşaçılar da çox ayıqdırlar və sənətə də çox gözəl qiymət verirlər. Bu baxımdan, tamaşaçılar  fonoqramla oxuyan müğənniyə dərhal birtəhər baxır. Yəni, istər-istəməz ictimai qınağın özü də böyük əhəmiyyətə malikdir. Müğənni canlı oxumayacaqsa, nüfuzdan düşəcək. Nüfuzdan düşmək, populyarlığı itirmək, ələbətdə, faciəli bir şeydir.

- Efirdə səhnə geyimlərinə diqqət etməklə bağlı nə düşünürsünüz?

 - Əlbətdə, efirdə  səhnə geyimlərinə diqqət yetirilməlidir. Düzdü, bu da həmin o şou-biznesdən irəli gələn məsələdir. Biz fikir veririk, klassik mahnı oxuyanlar normal geyinirlər. Kim ki, ciddi, peşəkar musiqi ifa edirsə, onun geyimi qaydasında olur. Bəziləri də var ki, oxuduğu da, geyimi də bir şey deyil. Odur ki, onlar mümkün qədər bu işlərə ciddi baxmalıdırlar. Burada söhbət ondan getmir ki, hamıya eyni şey geyindirmək olar. Söhbət ondan gedir ki, geyim müğənninin oxuduğu musiqiyə uyğun olmalıdır. Bir də müğənni sənətini nümayiş etirməlidir. Bu, ümumi qaydalardır. Amma hər halda televiziyalar da çalışır ki, belə məsələləri başdı-başına buraxmasın. İndi televiziyanın da reytinqi var axı? Bu məsələlərə diqqət yetirilməlidir. Çünki, müğənni ilə bərabər televiziya da açıq-saçıq görünəcək və lazımi şəkildə fəaliyyəti olmayacaq.
URL / WWW
http://kelam.az/article/a-1914.html