Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Prezident Əmmanda oldu
03.11.09 21:01

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlib.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İordaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Mehriban xanıma gül dəstəsi təqdim edilib.
Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd ediblər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd ediblər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Al Hummar sarayında təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib.
Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını deyib. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.
İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
Əmmanda İordaniya Kralı II Abdullah və kraliça Raniyə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.
Oktyabrın 12-də Al Hummar sarayında təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Kral II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
İordaniya dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrinə mühüm əhəmiyyət verdiyini qeyd edib.
Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafında vacib rol oynadığını deyib. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi, səfər zamanı imzalanacaq sənədlərin əlaqələrimizin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.
İki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev, bu baxımdan hökumətlərarası iqtisadi komissiyasının işinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan dövlətinin başçısı səfər çərçivəsində həyata keçiriləcək konkret layihələrlə bağlı faydalı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
Oktyabrın 12-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-190.html