Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Beynəlxalq Festival keçiriləcək
02.09.10 18:04

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Bakıda Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzədə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” Ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının ifaları nümayiş olunacaq. Eyni zamanda müxtəlif konsertlərin, tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi də baş tutacaq. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi, Mədəniyyət siyasəti şöbəsi, Elm və təhsil şöbəsi, Kinematoqrafiya və Nəşriyyat, Reklamın təşkili və informasiya şöbəsi qeyd olunan tarixlərdə Festivalın yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
URL / WWW
http://kelam.az/article/a-1892.html